Orta aylıq əməkhaqqının artacağı gözlənilir

24 May 2024 14:23

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə dair izahatda bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun