Dünyanın ən bahalı futbol klubu məlum oldu

25 May 2024 07:35

Məşhur maliyyə və iqtisadiyyat jurnal "Forbes" planetin ən bahalı futbol klublarının siyahısını dərc edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ən dəyərli komanda "Real Madrid" olub. Klub 6,6 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

İkinci yerdə 6,5 milyard dollarla "Mançester Yunayted" qərarlaşıb. Üçüncü pilləni "Barselona" (5,6 milyard dollar), dördüncü pilləni isə "Liverpul" (5,3 milyard dollar) tutur.

İlk beşliyi isə aktivləri 5,1 milyard dollar dəyərində olan "Mançester Siti" qapayır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun