Dünyanın ən məşhur iti öldü

24 May 2024 17:52

"Dogecoin"un simvoluna çevrilən, "Kabosu" ləqəbli şibu-inu cinsindən olan it 18 yaşında ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məşhur it son dövrlərdə xərçəngdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Kabosu 2013-cü ildə "Dogecoin" kriptovalyutasının siması olub. Şibu-inunun siması şirkətin sikkələrini, həmçinin İngiltərənin "Uotford" futbol klubunun köynəklərini bəzəyirdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun