Azərbaycan çempionatında dalaşan futbolçulara cəza

24 May 2024 13:40

Azərbaycan çempionatının aşağı liqalarında təcavüzkar davranışa yol verən futbolçular cəzalandırılıblar.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

I Liqada XXVII turun "Difai Ağsu" ilə matçında "Zaqatala"nın futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klubunu 300 manat cəriməyə məruz qoyub.

II Liqada XXVI turun "Dinamo" - "Sheki City" qarşılaşmasında da xoşagəlməz hadisə yaşanıb. Matçın 90-cı dəqiqəsində "Dinamo"nun oyunçusu Şahin Əliyev və "Sheki City"dən Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu rəqibi vurduğu üçün 4 oyun cəzalanıb, klublar hərəyə 300 manat cərimələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun