Gənclər buna görə evlənə bilmir - Fazil Mustafa

24 May 2024 12:28

"İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, bunu hazırkı tendensiyada da görürük: "Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb. Boşananların sayı sürətlə artır. Selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27 % artması çox ciddi mesajlar verir".

F.Mustafa, həmçinin qadın sahibkarların az olması məsələsinə də toxunub: "Qadınlarımız müxtəlif bürokratik əngəllər qarşısında durmaq istəmirlər. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, gücləri çatmır, xarakterləri imkan vermir. Yoxsa o qədər bacarıqlı qadınlarımız var ki... Bir dənə də olsun, qadın icra başçımız yoxdur. Əslində 10-15 qadın icra başçımız olmalı idi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun