Diplomatik korpusun üzvləri Laçında Heyvandarlıq Seleksiya Mərkəzində olub

24 May 2024 12:24

Akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelər mayın 24-də Laçına səfər çərçivəsində Zerti Aqro-Sənaye Parkında və Zerti kəndində yaradılmış Heyvandarlıq Seleksiya Mərkəzində olublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, diplomatik korpusun üzvləri və hərbi attaşelərə Parkda görülən işlər barədə məlumat verilib.

Onlar həmçinin, Seleksiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar, Mərkəzdə yetişdirilən heyvan cinsləri və onların saxlanma şəraiti, eləcə də yerli şəraitə uyğunlaşdırma ilə bağlı görülən işlər haqqında məlumat əldə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun