Çexiya prezidenti qəzaya düşdü

24 May 2024 12:13

Çexiya Prezidenti Pyotr Pavel idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Məlumata görə, idman meydançalarının birində baş verən qəza zamanı Pavel qabırğasını sındırıb və bir neçə gün hərbi hospitalda müalicə alacaq.

Qeyd edək ki, 62 yaşlı prezident motosiklet idman növünün həvəskarıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun