“Allahın influenseri”nin adı müqəddəsləşdiriləcək - FOTO

24 May 2024 12:11

Londonda doğulan və 2006-cı ildə 15 yaşında dünyasını dəyişən Karlo Akutis adlı gəncin adı kilsə müqəddəsləri sırasına daxil ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Roma Papası Fransisk bununla bağlı qərarı təsdiqləyib.

Bildirilir ki, "Allahın influenseri" adlandırılan gənc həyatda olarkən internetdə katolik dini inancını təbliğ etməklə məşhurlaşıb. 

Məlumata görə, Karlo Akutis adı müqəddəsləşdirilən ilk millenial (1980-ci illərin əvvəlindən 1990-cı illərin sonuna qədər doğulan şəxs) olacaq. 

Prosesin nə zaman baş tutacağı açıqlanmayıb. 

Qeyd edək ki, K.Akutis 2006-cı ildə İtaliyada leykoz xəstəliyindən dünyasını dəyişib. Ona "Allahın influenseri" adı sağ olarkən göstərdiyi fəaliyyətlərinə görə ölümündən sonra verilib. Onun dinlə bağlı yaratdığı sayt bir neçə dilə tərcümə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun