Stadionda faciə: məşqçi öldü, 2 nəfər yaralandı - FOTO

24 May 2024 10:50

Fransada Qabriel-Peri stadionunda adı açıqlanmayan klubun məşqi zamanı faciə yaşanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

33 yaşlı məşqçi yerindəcə keçinib. Digər zərərçəkəndən birinin ayağı yanıb, daha birinin ürəyində problem yaranıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

Hadisə zamanı stadionda 33 nəfərin olduğu bildirilir. Zərərçəkənlərin sayının artacağı istisna deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun