Səbuhi Əkbərova vəzifə verildi

24 May 2024 10:44

Səbuhi Əkbərov ABB-də Müştərilərlə Əlaqələrin İdarə Edilməsi Departamentinin Direktoru vəzifəsinə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ABB-dən məlumat verilib.

Qeyd edilir ki, bu təyinatədək Səbuhi Əkbərov ABB-də Əlaqə mərkəzi və alternativ satış şöbəsinin müdiri olub.

O, "Azerconnect" MMC şirkətində Əlaqə mərkəzi bölməsinin rəhbəri vəzifəsində də çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun