Dünyanı iyunda nadir astronomik hadisə gözləyir - Gözlə görünəcək

24 May 2024 10:31

İyunun əvvəlində nadir hesab olunan astronomik hadisə - planetlərin paradı baş verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 3-ü Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun eyni sırada düzüləcək. 

Bildirilir ki, planetlərin paradını xüsusi avadanlıq olmadan da görmək mümkün olacaq. 

Ümumilikdə bu nadir hadisənin bir neçə gün davam edəcəyi qeyd olunub.

Qeyd edək ki, planetlərin paradı bir neçə planetin eyni anda yaxınlaşmasını nəzərdə tutan hadisədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun