"Müharibəyə görə ABŞ məsuliyyət daşıyır"

24 May 2024 09:21

Amerika kəşfiyyatında Ukraynadakı müharibəyə görə ABŞ-ın məsuliyyət daşıdığını hesab edənlər var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə amerikalı jurnalist, "Pulitzer" mükafatı laureatı Seymur Herş deyib.

O bildirib ki, Amerika kəşfiyyatının bəzi üzvləri həmişə Baydenin hələ Senatdakı dönəmindən Rusiya ilə bağlı irrasional fikirlərindən narahat olublar:

"Baydenin Rusiyaya qarşı sərt mövqeyi iki böyük xarici siyasət üzrə köməkçisi - Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan tərəfindən dəstəklənir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun