“28 May” stansiyasının yaxınlığında hadisə: xəsarət alan var

24 May 2024 08:38

Bakının Nəsimi rayonunda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Kərimova Şəhanə Məhərrəm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun