Vyetnamda yaşayış binasında yanğın olub, 14 nəfər ölüb

24 May 2024 08:27

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Hanoydakı fövqəladə hallar xidmətinin nümayəndələri məlumat verib.

Hadisə nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yanğı gecə saatlarında, təxminən 200 kvadratmetr torpaq sahəsində yerləşən iki beşmərtəbəli binadan ibarət yaşayış komplekslərində baş verib.

Alov binanın birinci mərtəbəsində yerləşən velosiped təmiri sexində baş verib.

Yanğınla mübarizədə 50-yə yaxın yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın tamamilə söndürülüb, zərərçəkənlər Hanoydakı tibb müəssisələrinə çatdırılıb, xilasedicilər axtarışlarını davam etdirirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun