Ukraynalı pilotlar F-16 təlimlərini başa vurdu

24 May 2024 07:57

ABŞ-da ukraynalı pilotlardan ibarət ilk qrup F-16 qırıcılarının idarəolunması üzrə təlimləri başa vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə təlimin keçirildiyi Arizona ştatındakı aviabazanın nümayəndəsi məlumat verib.

Hərbçilərin sayı və təlimin başa çatma tarixi açıqlanmayıb.

Məlumata görə, pilotlar hazırda əlavə təlim keçmək üçün Avropaya yollanırlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun