Qızıl Ayparadan Rəisinin axtarışı ilə bağlı açıqlama

24 May 2024 06:49

65 sürətli xilasetmə qrupu İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin axtarışı ilə məşğul olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymani bildirib.

"65 sürətli xilasetmə qrupu prezidentin helikopterini axtarırdı. Yerli qruplar da qəza yerini tapmaq üçün xilasedicilərlə işləyib", - Süleymani deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun