Britaniya dronları 1 milyardlıq rus texnikasını məhv etdi

24 May 2024 07:00

Genişmiqyaslı müharibə başlayandan bəri Britaniya Ukraynaya 500 milyon funtsterlinq dəyərində dörd mindən çox pilotsuz uçuş aparatı göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

O bildirib ki, bu dronlar artıq 1 milyard funt-sterlinq dəyərində Rusiya texnikasını məhv edib.

Şapps qeyd edib ki, Britaniyanın kəşfiyyat dronları işğal olunmuş Krımda Rusiyanın güclü hava hücumundan müdafiə sistemlərini üstələməyi bacarıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun