Şəmkir su anbarında bir nəfər batdı

23 May 2024 23:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonu ərazisində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri həyata keçirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun