Rusiyada zabitlərin həbsi davam edir

23 May 2024 21:36

Rusiya Müdafiə Nazirliyinin Dövlət Təchizatları Departamentinin zabiti Vladimir Verteletski saxlanılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Verteletski külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin də həbs olunub. O, da külli miqdarda rüşvət almaqda ittiham edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun