Bayden özünə mem axtarır

23 May 2024 20:51

ABŞ prezidenti Co Baydenin seçki qərargahı onun komandasına qoşulmaq üçün mem mütəxəssisi axtarmağa başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, vakansiya haqqında məlumat "Lever" iş axtarışı portalında yerləşdirilib.

"Memlər Meneceri"nin öhdəliklərinə media ilə ünsiyyət və sosial şəbəkələrdəki "mem səhifələri" daxildir. Namizəd internet tendensiyalarını anlamalı, tərəfdaşlar tapmalı və məzmun yaratmaq üçün "innovativ" ideyalar irəli sürməlidir.

Amerika prezidentinin qərargahı bildirib ki, müraciət edənlər mediada iki-dörd il təcrübəsi, koronavirus peyvəndi haqda məlumatı, həmçinin Delaver ştatına köçmək üçün hazır olmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun