Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
Milli.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.
Bu kolleclər Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələridir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun