Kadırovun böyük oğlu futbol klubunun prezidenti oldu

23 May 2024 17:54

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu Axmat Kadırova yeni vəzifə verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Belə ki, Axmat Kadırov Qroznının "Axmat" futbol klubunun prezidenti olub.

Qeyd edək ki, 13 ilə yaxın kluba rəhbərlik edən Məhəmməd Davudov prezident vəzifəsindən istefa verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun