Gürcüstanda silahlı şəxs banka hücum etdi

23 May 2024 17:44

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs "Bank of Georgia"nın filialına soxulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Mtavari Arkhi" məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs pul tələb edib və bank işçilərini hədələyib. O, pul əldə etmədən bankdan çıxıb. Polis cinayətkarı axtarır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun