"Simpsonlar" Rəisinin düşdüyü qəzanı proqnozlaşdırmışdı? - FOTO

23 May 2024 19:33

ABŞ-ın məşhur cizgi filmi "The Simpsons"un İran prezidentinin ölümü ilə nəticələnən vertolyot qəzasını qabaqcadan proqnozlaşdırdığı iddiası böyük əks-səda doğurub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşılan görüntü ilə İranda vertolyot qəzasının "The Simpsons" cizgi filminin əvvəlki bölümlərində işıqlandırıldığı və bu qəzanın aylar əvvəldən məlum olduğu iddia edilib.

Lakin sonradan deyilənlərin həqiqəti əks etdirmədiyi bildirilib. "AA Confirmation Line" tərəfindən iddiaların yalan olduğu açıqlanıb.

Görüntünün süni intellektin köməyi ilə çəkildiyi məlum olub.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun