Emoməli Rəhmon: Münasibətlərimizin inkişaf perspektivlərinə nikbin baxırıq

23 May 2024 16:18

Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: "Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq".

Milli.Az