Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq

23 May 2024 16:16

Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

"Bu baxımdan terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq", - deyə Prezident E.Rəhmon vurğulayıb.

Milli.Az