Müəllimlərə daha bir QADAĞA

23 May 2024 15:57

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Milli.Az xəbər verir ki, bu, yeni təsdiqlənən "Təhsilverənlərin etik davranış Qaydaları"nda öz əksini tapıb.

Belə ki, təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun