2024-cü ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

23 May 2024 14:49

Prinsip etibari ilə hamı maraqlıdır ki, xərclərin ümumi daxili məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı. Amma bu dövlət büdcəsidir. İcmal büdcəni biz götürsək, daha yüksəkdir, nisbət 34,5 faizdir haradasa.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib.

"Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin xüsusi bu gün, hal-hazıra proqnozlaşdırılan ÜDM-də 34 faizə çatıdırılacaq. Yəni bu kifayət qədər yüksək artımdır. Amma yenə də deyirəm biz əhəmiyyətli xərc atımına gedirik. Bunu gərək etiraf edək", - deyə nazir əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun