“Nəvəmin o sözünə görə, nə günə düşdüm...”

23 May 2024 19:49

"Mənim böyük nəvəmə babasının  adını qoyublar, adı Faiqdir. Oğlum zəng edib, telefonu ona verir. Bir də gördüm nəvəm mənə "Flora xanım" deyir".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri "İncə səhər" verilişində Xalq artisti Flora Kərimova deyib. O bildirib ki, nənəlik ən böyük rütbədir:

"Sən demə, oğlum onu öyrədib. Nə günə düşdüm... Mən nənəyəm. Bu elə bir rütbədir ki. Dedim, əgər sən mənə bir də "Flora xanım" desən, Allah məni öldürsün. O qədər əziyyət çək, böyüt... Elə adamlar tanıyıram ki, nəvəsinə icazə vermir, adı ilə çağırırlar. Onda sən uşağı öz səviyyəndə görürsən. Onda uşağın nənəsinə hörməti olmayacaq. Böyüyəndə adı ilə çağıracaq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun