“Küncdən-bucaqdan gic-gic ifaçıları gətirib bu xalqa sırıyırsınız“ - VİDEO

23 May 2024 23:10

"Heç kim Flora Kərimova üçün yaradıcılıq gecəsi keçirməyib. Bunu musiqiçi kimi yox tamaşaçı kimi istərdim ki, konsert məkanlarının birində onun üçün gecə təşkil olunsun. Bu tədbir bir gün yox 7-8 gün olmalıdır. Anşlaq olacaq. Flora xanım "kraliça" kimi səhnədə kürsüdə əyləşir, biz müğənnilər isə gəlib önündə onun mahnılarını oxuyuruq. Bu isə tarix, xatirə və fövqəl günlərdən olacaq".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətçi son günlər təşkilatçılar tərəfindən ölkəmizə gətizdirilən xarici ulduzların güclə tamaşaçılara sırıdıldığını söyləyib:

"Təşkilatçılara efirdən üz tutub deyirəm ki, gedirsiniz oradan-buradan, küncdən-bucaqdan gic-gic ifaçıları xaricdən gətirib bu xalqa güclə sırıyırsınız. Keçirdin sənətkarlarımızın yaradıcılıq gecələrini. Gənclərimiz böyük məmnuniyyətlə bu konsertlərə gələcəklər".
Nadirin bu sözlərinə proqramda qonaq olan Flora Kərimova "Təklif ediblər amma mən istəməmişəm. Səbəb isə tənbəllikdir".

Qafarzadə isə cavab olaraq "Siz orada heç nə etməyəcəksiniz. Siz sadəcə orada əyləşəcəksiniz və sizə hətta qonorar da veriləcək" fikirlərinə Kərimova "Qonorarın verilməsini gözləməyin".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun