"Asi"nin aktyorları 17 il sonra - FOTO

24 May 2024 03:03

Bir zamanlar Türkiyənin reytinqli layihələrindən olan "Asi" serialının baş rol ifaçıları illər sonra bir araya gəliblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ekran işinin əsas rollarında aktyorlar Tuğba Büyüküstün və Murat Yıldırım çəkiliblər.

Onlar 17 ildən sonra dünyanın prestijli tədbirlərindən biri olan Kann Film Festivalında bir araya gəliblər.

Serialda iki aşiqi canlandıran Tuğba ilə Muratın fotoları hər kəs tərəfindən bəyənilərək rəğbətlə qarşılanıb.

Xatırladaq ki, "Asi" serialı 2007-2009-cu illərdə ekranlara gəlib. Rollarda Tuba Büyüküstün və Murat Yıldırımla yanaşı Çetin Tekindor, Nur Sürer, Tuncel Kurtiz, Selma Ergeç kimi aktyorlar da çəkiliblər.

Aktyorların sözügedən fotosunu təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun