Bakıda ağır qəza: ölən var

23 May 2024 10:58

Suraxanıda ölümlə nəticələnən qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Seymur Ağa Əhməd oğlu Əliquliyevin idarə etdiyi "Hovo" markalı avtomobillə Hövsan - Türkan yolu ilə onun əks yolu istiqamətində hərəkət edən "Opel" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Opel" sürücüsü Baxşəli Əziz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Fakt bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun