Tornadodan son anda xilas oldular - FOTO

23 May 2024 10:49

ABŞ-nin Ayova ştatında tornado tüğyan edir. Təbii fəlakət evlərin damını uçurub, ağacları kökündən çıxarıb, həmçinin infrastruktura zərər vurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə bununla bağlı çoxlu kadrlar yayılıb.

Videoların birində burulğanlı tornadonun külək generatorlarını məhv etməsi əks olunub. Sonra qasırğa kənardan bu hadisəni qeydə alan sürücülərə doğru istiqamət götürüb. Kadrlarda sürücülərin təhlükədən son anda canlarını qurtardığı əks olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun