Saatlı rayon Polis Şöbəsinə rəis müavini təyin olundu

23 May 2024 09:56

Saatlı rayon Polis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq əmrlə polis mayoru Məmmədov Eldəniz İbrahim oğlu sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Məmmədov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı işləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun