Günəşdə üç güclü partlayış: Maqnit qasırğası gözlənilir

23 May 2024 15:11

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.

Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun