Meksikada seçki kampaniyası zamanı dekorasiya uçdu - 5 nəfər öldü - ANBAAN VİDEO

23 May 2024 09:51

Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.

Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun