Əlikram Bayramovun həyat yoldaşı: "Evdə mənim sözüm keçir" - VİDEO

23 May 2024 10:21

"Mən yoldaşımdan qorxmuram, ona hörmət edirəm".

Milli.Az bildirir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Əlikram Bayramov deyib.

O, həyat yoldaşını illər əvvəl qaçıraraq evləndiyini deyib.

Müğəninin həyat yoldaşı efirə qoşularaq, "yenidən dünyaya gəlsəm, bir daha Əlikram Bayramovla evlənərdim", - deyib.

"Evdə də mənim sözüm keçir", - deyə o əlavə edib.

Əlikram Bayramov isə "mən evdə çox olmuram, ona görə belə deyir", - deyə vəziyyətdən çıxıb.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun