Bakıda avtomobil 77 yaşlı qadını vurdu

23 May 2024 09:00

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, metronun "Sahil" stansiyasının yaxınlığında yolu keçən 1947-ci il təvəllüdlü Fərəcova Mükafat Qurban qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun