Məşhur prodüser evində ölü tapıldı - FOTO

23 May 2024 08:50

Amerikalı kinoprodüser, ssenarist, Oskar mükafatı laureatı Fred Roos 89 yaşında vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "San Antonio Express-News" məlumat yayıb.

Qeyd olunur ki, Rus mayın 18-də Kaliforniya ştatının Beverli-Hillz şəhərindəki evində dünyasını dəyişib.

Prodüserin ölüm səbəbi barədə məlumat verilmir.

Rus 1934-cü ildə Santa Monikada anadan olub.

O, kino sənayesində karyerasına 1960-cı illərdə başlayıb.

O, Frensis Ford Koppolanın ailə dostu olub, həmçinin onun filmlərinin, o cümlədən "Xaç atası 2" və "Xaç atası 3" filmlərinin prodüseri idi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun