Çin ordusu Tayvan yaxınlığında təlimlərə başlayıb

23 May 2024 08:31

Çin qoşunları Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq zonası məlumat verib.

Komandanlığın sosial şəbəkə səhifəsində qeyd edilib ki, təlimlər cümə axşamı Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə saat 03:45) Tayvan boğazında, Tayvanın şimalında və cənubunda, eləcə də şərqindəki akvatoriyada başlayıb.

Təlimlər Szinmen, Matzu, Uqyu və Donyin adaları yaxınlığında aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun