Sunakın bu qərarı bizim üçün gözlənilməz oldu - Sallivan

23 May 2024 07:28

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ölkədə növbədənkənar parlament seçkiləri elan etməsi bizi təəccübləndirdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Etiraf edirəm, bunu görəndə təəccübləndim, çünki gözlənilməz bir açıqlama olduğunu düşünürəm. Amma bu məsələ ilə bağlı konkret şərhim yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyul ayına növbədənkənar seçkilər elan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun