Ekvadorda fövqəladə vəziyyət zamanı qeydə alınan qətllər araşdırılır

23 May 2024 06:55

Ekvadorda fövqəladə vəziyyət zamanı qeydə alınan 8 qətl hadisəsi araşdırılır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" rəsmi mənbələrə istinadən yazır.

Ekvadorun Baş Prokurorluğu Prezident Daniel Noboanın tapşırığına əsasən hadisələri araşdırmağa başlayıb.

Cinayət işləri məhbusların, yerli hüquq müdafiəçilərinin və qurbanların ailələrinin ifadələri əsasında açılıb.

Qeyd edək ki, fövqəladə vəziyyət dövründə minlərlə hərbçi ölkənin küçələrində və həbsxanalarında səfərbər edilib, 18 mindən çox adam həbs olunub.

Rəsmi məlumatlara görə, Baş Prokurorluq həmçinin 48 işgəncə iddiası və 67 vəzifə səlahiyyətlərindən sui-istifadə halını araşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun