İraqda Türkiyə ordusunun hərbçisi şəhid oldu

23 May 2024 06:35

İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi şəhid olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vedat Zorba dünən terror təşkilatının üzvləri tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik hərbçinin ailəsinə başsağlığı verərək səbr diləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun