Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

22 May 2024 22:33

İsrailin Qəzza zolağına təcavüzü dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri İsrailin Baş naziri Benyamin Netanyahunu dəstəklədikcə Fələstində münaqişə davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun