Moskva vilayətində elektrik qatarı yandı

22 May 2024 20:08

Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, "Povarovo-1" stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.

Dərhal qatar dayandırılıb və sərnişinlər təxliyə edilib. Heç kim xəsarət almayıb.

Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, yanğınsöndürənlər hadisə yerindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun