ABŞ-də pişiyə elmlər doktoru fəxri dərəcəsi verildi

22 May 2024 21:18

ABŞ-də Maks adlı pişik ədəbiyyat elmləri doktoru fəxri dərəcəsi alıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Vermont Universiteti pişik Maksa ədəbiyyat üzrə fəxri doktorluq dərəcəsi verib. Heyvan dörd ilə yaxındır ki, şəhərcikdə yaşayır və tələbələr heyvanla tanış olanda sevinirlər.

Bundan əlavə, heyvan həmişə abituriyentlər üçün universitet ətrafında keçirilən ekskursiyalara gedir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun