Şahbuzda ağır qəza - 4 yeniyetmə xəsarət aldı

22 May 2024 16:47

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Külüs kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun