Prezident Fərid Seyidova yeni vəzifə verdi

22 May 2024 16:02

Azərbaycan Prezidenti İlham Əliyev administrasiyanın Hərbi məsələlər şöbəsinin müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Milli.Az