“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

22 May 2024 15:11

"Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətən naminə Tavuş" hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb. 

"Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir", - deyə qəzet yazıb.

Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə göstərişlər verir.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun