“Belə zor etmişəm” - Aktrisa qəzəbləndi

22 May 2024 15:28

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ofeliya Novruzqızı rol aldığı serialdakı obrazı ilə bağlı mənfi rəy yaanlara cavab verir.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə sənətçi feysbukda açıqlama yayıb. 

""Bu şəhərdə kimsə yoxdur" serialında səhnələrimə rəy yazan tanıdığım ve tanımadıqlarım! Ümumiyyətlə, kinodan, serialdan başı çıxmayanlar! Yoxsa mənə siz öyrədəcəksiniz düzgün danışmağı?

Yoxsa siz mənə tərbiyədən, əxlaqdan dərs keçəcəksiniz? Sənət, incəsənət nədir? Bunları bilməyənlər ve bütün bunlardan öz qabında heç vaxt olmayanlardan... Susun da. Danışmayın! Belə zor etmişəm! Sonra?", - deyə, sənətçi vurğulayıb. 

Qeyd edək ki, aktrisa sözügedən ekran işində Fira obrazına həyat verir. 

Onu da xatırladaq ki, serial "Xəzər"də efirə gedir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun